19 illik evlilik amansız qətllə bitdi -

Cari ilin mart ayının 24-də Goranboyun Dəliməmmədli kəndində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin məhkəməsi başa çatıb.

Metbuat.az İTV-nin "Qanundan kənar" verilişinə istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızı həyat yoldaşı Mehman Süleymanov tərəfindən öldürülüb.

Onlar xalaqızı və xalaoğlu olaraq 2003-cü ildə ailə həyatı qurublar. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib.

Mehman bildirib ki, evli olduqları müddətdə onların arasında tez-tez söhbətlər olub. Buna səbəb isə Əfsanənin tez-tez qısqanclıq etməsi olub. Nəticədə 2021-ci ilin aprel ayından uşaqlarla birlikdə Əfsanə evdən ayrılıb.

Mehman bildirib ki, onlar ayrı yaşadıqdan sonra Əfsanənin şəbəkədə paylaşdığı şəkillər, gəzdiyi yerlər və işləmədən kirayədə yaşaması onda şübhə yaradıb. Bu səbəbdən Əfsanəni gördüyü yerdə qətlə yetirmək qərarına gəlib.

Nəticədə o, mart ayının 24-də saat 13 radələrində Əfsanəni bacısı ilə görüb və maşınla onların yolunu kəsib. Mehman bildiirb ki, o, 1 ildir faktiki ayrı yaşadığı arvadına yaxınlaşmaq istəyib, lakin Əfsanə qaçıb. Bu zaman Mehman maşınla onu vurub, sonra isə bıçaqla huşsuz vəziyyətdə olan Əfsanəyə zərbələr endirib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib. Mehman isə törətdiyi əməli etiraf edib.

Məhkəmənin qərarı ilə o, 17 il müddətində azadlıqdan məhrum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR