Məktəbdə azyaşlı qıza qarşı cinsi qısnama -

Xəbər verdiyimiz kimi, paytaxtda orta məktəblərin birində şagird cinsi qısnamaya məruz qalıb.

Metbuat.az-a məktəbdən daxil olan məlumata görə, baş verən hadisə ilə bağlı araşdırma aparılır:

"27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır".


10:54

Paytaxtda orta məktəblərin birində şagird cinsi qısnamaya məruz qalıb. Həmin hadisənin görüntüləri anabaan məktəbin nəzarət kamerasına düşüb.

Metbuat.az Avtosfer.az-a istinadən verdiyi məlumata görə, atası bildirib ki, 11 yaşlı qızı dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib. Bu zaman naməlum şəxs azyaşlını cinsi qısnamaya məruz qoyub:

"Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı mənə zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Həmin hadisənin videosundan hər şey aydın şəkildə görünür. Orta yaşlı naməlum şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə divardan asılmış məlumat lövhəsinin qarşısına apararaq onunla söhbəti orada davam etdirib. Yaxınlıqda heç kimin olmadığını gördükdən sonra isə qızımın yaxasını açaraq, onu cinsi qısnamaya məruz qoyub. Görüntüdən aydın şəkildə görünür ki, məktəbin nəzarətçisi həmin şəxsin kim olduğunu, məktəbə niyə daxil olduğunu soruşmur və bütün olanları kənardan izləyir"- deyə o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı bütün zəruri tədbirlər görülür. Həmin şəxsin müəyyən olunması istiqamətində əməliyyat-axtarış qrupu çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR