Dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb -

Azərbaycan Milli Paralimpiya Komitəsində kişilərdən və qadınlardan ibarət para-cüdo üzrə milli komandanın məşqçiləri ilə görüş keçirilib.

Metbuat.az Komitəyə istinadən xəbər verir ki, görüşdə Komitə prezidenti İlqar Rəhimov, Dünya Çempionatının Təşkilat Komitəsinin sədri, Komitə prezidentinin köməkçisi Kamal Məmmədov, komitənin vitse-prezidenti İlham Zəkiyev, kişilərdən ibarət para-cüdo üzrə milli komandanın baş məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət para-cüdo üzrə milli komandanın baş məşqçisi Ramin İbrahimov, məşqçilər Azad Zahidov, Emin Baydullayev, Kamran Həmzəyev, Elvin Əliyev və komitə nümayəndələri iştirak edib.

Görüş zamanı komitə prezidenti İ.Rəhimov Dünya Çempionatına çox az vaxtın qaldığını, Təşkilat Komitəsinin çempionata tam şəkildə hazırlandığını bildirib. Daha sonra İ.Rəhimov baş məşqçilərdən idmançıların fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.

Kişilərdən ibarət para-cüdo üzrə milli komandanın baş məşqçisi İ.İbrahimov idmançıların Göygöl Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışından yeni qayıtdıqlarını, çempionata tam şəkildə hazır olduqlarını qeyd edib.

Qadınlardan ibarət para-cüdo üzrə milli komandanın baş məşqçisi R.İbrahimov isə öz növbəsində bildirib ki, idmançılarımız yüksək əhval-ruhiyyədədir. Eyni zamanda onların doğma divarlar arasında yüksək nəticələr əldə edib, xalqımızı sevindirəcəklərindən əmin olduğunu qeyd edib.

Daha sonra isə Dünya Çempionatında iştirak edəcək Azərbaycan milli komandasının adları açıqlanıb.

Kişilərdən ibarət para-cüdo üzrə milli komandanın üzvləri:

1. Muradov İsmayıl -60 kq J1

2. Əhmədov Aydın -60 kq J2

3. Mustafayev Bayram -60 kq J2

4. Şirinli Vüqar -60 kq J2

5. Əliyev Amil -73 kq J1

6. Abaslı Namiq -73 kq J2

7. Rəhimli Hüseyn -73 kq J2

8. Qəniyev Xəyal -90 kq J1

9. Mislimov Zakir -90 kq J1

10. Ağayev Kamil -90 kq J2

11. Şabiyev Taleh -90 kq J2

12. Zəkiyev İlham +90 kq J1

13. İsmayılzadə Əlican +90 kq J2

14. Abdullaxanlı Kənan +90 kq J2

15. İsmayılov Abdulla +90 kq J2

Qadınlardan ibarət para-cüdo üzrə milli komandanın üzvləri:

1. Hacıyeva Şəhanə -48 kq J2

2. İbrahimova Əsma -48 kq J2

3. Seydova Vəfa -57 kq J1

4. Abdullayeva Səbinə -57 kq J2

5. Hüseynova Xanım -70 kq J2

6. İsmiyeva Xatirə +70 kq J1

7. Kərimova Dürsədəf +70 kq J2

Dünya Çempionatı öncəsi Beynəlxalq Paralimpiya Komitəsinin həkimlərinin iştirakı ilə göz tibbi təsnifatı keçiriləcək. Azərbaycan Milli Komandasının 17 nəfər idmançısı da (Əhmədov Aydın, Mustafayev Bayram, Şirinli Vüqar, Əliyev Amil, Rəhimli Hüseyn, Qəniyev Xəyal, Mislimov Zakir, Ağayev Kamil, Şabiyev Taleh, İsmayilzadə Əlican, Abdullaxanlı Kənan, İsmayılov Abdulla, Hacıyeva Şəhanə, İbrahimova Əsma, Seydova Vəfa, Abdullayeva Səbinə, Hüseynova Xanım) tibbi təsnifatda iştirak edəcəklər. Göz tibbi təsnifatından uğurla keçmiş idmançılar yarışa qatılacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR