Efiopiyada vətəndaş müharibəsi başa çatıb.

Metbuat.az xəbər verir ki, Tiqray bölgəsindəki separatçılar silahı yerə qoymağa razılıq veriblər. Hökumətlə separatçılar sülh sazişi imzalayıblar. Razılığa əsasən hökumət qüvvələrinə bölgədə asayişin bərpası və vətəndaşlara xidmət etmək üçün maneə göstərilməyəcək. Sazişin icrasına Afrika İttifaqının nümayəndələrindən ibarət xüsusi qrup nəzarət edəcək.

Qeyd edək ki, vətənaş müharibəsi iki il davam edib. Müharibə zamanı yüzlərlə silahlı məhv edilib. Minlərlə dinc insan həlak olub.