Xəbər verdiyimiz kimi, Türkiyənin milli istehsalı olan "ToGG" elektromobilinin ilk sifarişçilərindən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub.
Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu avtomobillərin satışı 2023-cü ilin mart ayında başlayacaq, qiyməti isə fevral ayında açıqlanacaq. Elektromobil Avropa standartlarına uyğunluq üçün sertifikatlaşdırma testlərindən keçməsə də, Türkiyədən kənarda da satışı planlaşdırılır.
Avtomobil 200 və 400 at gücü olan elektrik mühərriki ilə buraxılır. Batareya paketləri də avtomobilin tərkibinə görə dəyişəcək. İ 200 at gücündə mühərrikin 0-100 sürətlənməsi 7,6 saniyə, 400 at gücündə isə 0-100 km sürətlənmə ilə 4,8 saniyə olacaq.
"Anadolu" adlandırılan avtomobil qırmızı, "Pamukkale" ağ, "Gemlik" mavi, "Kapadokya" krem, "Oltu" qara, "Kula" boz rəngindədir.
"ToGG" avtomobilində sükan arxasında ilk oturan şəxs Ərdoğan olub.



