Urmiyada gənc azərbaycanlı qız öldürüldü -

Əslən Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindən olan 23 yaşlı Nəsim Sidqi oktyabrın 31-də Urmiya şəhərində aldığı güllə yarası nəticəsində həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Gənc qızın yaxınları bildirib ki, Nəsim Sidqi Urmiya şəhərinə makiyaj kursunu bitirmək üçün getdiyi zaman şəhərdə keçirilən etiraz aksiyasında öldürülüb. Yaxınları iddia edir ki, təhlükəsizlik xidməti onları təhdid edərək övladlarının avtomobil qəzasında öldüyünü demələrini istəyiblər. Qeyd edək ki, Nəsim Sidqinin dəfn mərasimi məmurları təzyiqi və nəzarəti altında səssiz və az sayda insanın iştirakı ilə keçirilib.

Məlumat üçün bildirək ki, İran İnsan Haqları Təşkilatı noyabrın 3-ə yaydığı məlumatda 17 sentyabrdan 4 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 300 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib. Bununla yanaşı məlumatda 14167 nəfərin saxlanıldığı, bunlardan 385 nəfərinin öyrənci olduğu və onlardan 1753-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR