Prezident Hacıqabulda yol tikintisinə 12 milyon manat ayırıb -

Hacıqabul rayonunda on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılmasına 12 milyon manat ayrılıb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 4-də bununla bağlı sərəncam imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR