​“Barselona”nın ulduz futbolçusundan ŞOK QƏRAR:

“Barselona” klubu Memfis Depayla müqaviləni yekunlaşdırmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “Takvim” qəzeti məlumat yayıb. Bildirilir ki, hücumçu mövsümün fasiləsində klubdan ayrılacaq. Məlumata görə, Depayın meneceri futbolçunu “Qalatasaray”a təklif edib. Bundan əvvəl Depayı transfer etmək üçün həmlələr edən Türkiyə təmsilçisi, transferi reallaşdırmaq üçün hərəkətə keçib.

Bildirilir ki, “Qalatasaray” Haris Seferoviçi klubdan göndərmək istəyir. Qomisin isə müqaviləsi mövsümün sonunda başa çatır. İkardinin də klubdan getmə ehtimalını nəzərə alan “Qalatasaray” Depayı transfer etmək üçün ciddi səy göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR