İstanbulda partlayış anının görüntüsü: 6 ölü, 81 yaralı var -

“6 nəfəri itirmişik, onlardan 4-ü hadisə yerində həlak olub. 81 yaralımız var, onlardan 2-sinin vəziyyəti ağırdır”.

Metbuat.az xəbər verir ki, bunu istanbuldakı partlayış yerində olan Türkiyənin vitse-prezident Fuat Oktay deyib.

“Biz qərarlıyıq. Bu hadisələrin arxasında kim dayanırsa, dünyanın harasına getsə də, cavab verəcək. Bu işi tezliklə çözəcəyik. Bu terrorçuların arxasında kim dayanırsa, cavab verəcək”, - deyə Oktay əlavə edib.

Qeyd edək ki, hazırda Fuat Oktayla yanaşı, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ da hadisə yerindədirlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR