"Real"ın planı hazırdır -

"Roma"nın baş məşqçisi Joze Mourinyo İspaniyaya qayıda bilər.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Karlo Ançelottinin mövsüm sonunda “Real Madrid”dən gedəcəyi təqdirdə klub rəhbərliyi Joze Mourinyonu baş məşqçi təyin edə bilər. Məlumata görə, Joze Mourinyo özü də “Real” rəhbərliyinin planından xəbərdar olduğu üçün “Roma” ilə müqaviləsini artırmaq üçün təşəbbüs göstərmir. Onun “Roma” klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

“Real” rəhbərliyi baş məşqçi postuna Liverpul" klubunun baş məşqçisi Yurgen Kloppu da nəzərdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR