Tibb sektorunun inkişafına verdiyi stimulla Türkiyənin qüruruna çevrilən həkim Ender Saraç

Bu gün həyat tərzi ilə bağlı xəstəliklərin və ölüm hallarının qarşısını almaq üçün fərdlərin sağlam həyat tərzi vacib amildir. Bu məsələdə qidalanma son illərdə vurğulanan ən vacib məsələlərdən biridir. 20 ildən artıqdır ki, vegetarian olan Dr. Ender Saraç sağlam həyat mövzusunda Türkiyənin ən yaxşısıdır.

Ender Saraç 1959-cu ildə İzmirdə anadan olub. Gələcəyin parlaq siması Ege Universitetinin Tibb Fakültəsini bitirib. O, 1994-cü ildə Türkiyənin ilk Təbii Təbabət və Estetik Mərkəzi olan "Hay Sağlamlıq Mərkəzi"ni qurmuş və onun genişləndirərək günümüzə qədər gətirmişdir. Ender Saraç Türkiyədə təbii və sağlam həyat mövzusunda “Doğanın Şifalı Əli”, “Ruhsal Gelişim və Kader”, “Ramazanda Sağlık və İnce Kalın” adlı bestsellerlərin müəllifidir. Həmçinin çoxsaylı televiziya proqramları, seminarlar və konfranslarda Türkiyədə təbii və sağlam həyat haqqında maarifləndirmə işlərinin aparılmasında onun müstəsna rolu var.

Bu gün sənət, siyasət və iş dünyasının tanınmış simaları kilo vermək və sağlam qidalanmaq üçün məhz Ender Saraça müraciət edir. Ender Saraç həm də Türkiyədə ilk sertifikatlı astroloqlardan biridir. O, sağlamlıq və astrologiya sahəsində qarşılıqlı olaraq xüsusi araşdırmaların müəllifidir. Gördüyü işlərlə daim cəmiyyətin diqqətini çəkən peşəkar həkimin "Formula 7" adlı arıqlama vasitəsi Türkiyə bazarında böyük maraq görür.

Ender Saraç 30 oktyabr 2022-ci ildə "Global Health Awards" layihəsində ilin “The Celebrity Health Entrepreneur” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR