"Terror təlimatı amerikalı dairələrdən gəlib" -

İstanbulda törədilən terror aktı ilə bağlı yeni detallar üzə çıxıb.

Metbuat.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, terrorun törədilməsi barədə göstəriş ABŞ mənşəli mənbələrdən gəlib. Bildirilir ki, terror aktını törədən Ahlam Albasirin əlaqə saxladığı nömrələrdən biri ABŞ mənşəli olub. Terrorçu bildirib ki, ABŞ mənşəli əlaqə vasitəsi ona Kobanindəki düşərgədən ayrılarkən terrorçular tərəfindən verilib. Terrorçu Suriyadakı təlimatçıları ilə bu xətt vasitəsilə əlaqə saxlayıb.

Qeyd edək ki, İstanbulda törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Daxili işlər naziri Süleyman Soylu ABŞ səfirliyinin terror aktı ilə bağlı verdiyi başsağlığı mesajını rədd etdiklərini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR