“Taxıl sazişi”nin müddətinin artırılması Türkiyənin qətiyyətli mövqeyi sayəsində mümkün oldu.

Metbuat.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş belə açıqlama verib. O sazişə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. “Onların səxavəti və qətiyyəti olmasaydı bu cəhd əsla olmazdı” deyən Quterreş, müqavilənin müddətinin uzadılmasından məmnun olduğunu ifadə edib. “İstanbul fövqəladə diplomatik uğurun mərkəzi olmağa davam edir” - Quterreş deyib.

Qeyd edək ki, İstanbulda Türkiyə, BMT, Rusiya və Ukrayna tərəfi arasında əldə edilən razılaşmaya əsasən “taxıl sazişi”nin müddəti daha 4 ay uzadılıb.