​Livanlı iş xanımı Myrna Al Haddad “Global Health Awards” layihəsində təltif olundu

Livanlı yazıçı və iş xanımı Myrna Haddad 1992-ci ildə dünyaya göz açıb. O, qarşılaşdığı çətinliklərə rəğmən həyata qarşı duruşu ilə Şərq qadınına cəsarət nümunədir desək yanılmarıq. Şərq toplumunda qadın olaraq dünyaya gəlmək bir sıra məhdudiyyətləri, çətinlikləri də özü ilə birgə gətirir.

Yaşadığı toplumun ənənələrinə qarşı çıxan və daim mübarizə aparan gənc yazarın ən son işıq üzü görən “Gecə yarısından sonra” adlı kitabında öz həyat mübarizəsi əks olunub. Qarşılaşdığı çətinliklərə göstərdiyi əzmkarlıq onun gələcəkdə perspektivli karyera qurması ilə nəticələnir. Bu gün Myrna öz cəsarəti ilə yaşadığı cəmiyyətdə susdurulmuş qadınların səsidir.

Myrna Haddadqeyd edir ki: “Qadın hüquqlarını müdafiə edən aktivist kimi mənim missiyam cəmiyyətə yaxşı mənada təsir edə bilməkdir”. Gənc yazar öz qələmi ilə qadınların üzləşdiyi problemlərə, xüsusən də Yaxın Şərq bölgəsində heç kimin vurğulamadığı depressiya, asılılıq və digər tabulara işıq salır. Yaşadığı çətinlikərə rəğmən sahib olduğu humanizm duyğusu və insani sevgi onaməqsədinə çatmaq, uğurlu qadın olmaq və mübarizəni davam etdirmək üçün lazım olan gücü verir.

Myrna Hahhad hazırda süjet xətti yenə “qadın” olan "Viva" adlı növbəti kitabının üzərində çalışır. Işgüzar xanım kimi öz biznesini inkişaf etdirmək onun gələcək planları arasındadır. Hazırda o, Dubayda yerləşən və Tayland, Nepal kimi tropik ölkələrin təbii gözəllikləri və resurslarından ilhamlanaraq ərsəyə gələcək dəriyə üzvi qulluq vasitələri brendi üzərində çalışır. Italyan şirkətləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayacaq şirkət, onlayn platformalar vasitəsilə qlobal bazara çıxan məhsullar istehsal edəcək.

Myrna Al Haddad 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Entrepreneur” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR