İş xanımı Luiza Sharaxmetova "Global Health Awards" layihəsində təltif oludu

Müasir dövrdə dünyada, xüsusilə də müsalman dünyasında qadının cəmiyyətdə tutduğu mövqe daha güclüdür. Orientasiyasındanasılı olmayaraq insanın istədiyi işlə məşğul olması bu yolda qarşısına çıxacaq çətinliklərə sinə gərməsi üçün ən böyük stimuldur. Bir xanımınbiznesdə uğurlu olması üçünsə ilk növbədə özünə güvəni olmalıdır. İş həyatı xanımlara özünü cəmiyyətdə təstiq etmək və iqtisadi asılılıqdan azad olmaq şansı yaradır.

Türk dünyasının önəmli coğrafiyası olan Özbəkistanın kifayət qədər uğurlu iş xanımlarından biri də Luiza Şaraxmetovadır.

Öz ölkəsinin sosial və iqtisadi həyatında fəal iştirak edən Luiza Sharaxmetova ilk biznesini 21 yaşında qurub. Gənc yaşda bu sektora daxil olan iş xanımıfəaliyyəti dövründə 5 uğurlu layihəyə imza atıb. Bunlardan “Mediva” estetik tibb klinikası, “Autofinance Leasing” lizinq şirkətixüsusilə fərqlənir. Biznes sahəsində 11 illik təcrübəyə malik Luiza Sharaxmetova özü kimi qadın sahibkarları bir araya gətirən biznes məktəbinin sahibidir. Onun Özbəkistanda qadın biznesinin inkişafına verdiyi töhfələrtürk toplumu tərəfində daim yüksək qiymətləndirilib.

“Millioner Concept Network” şirkətinin Özbəkistan nümayəndəsi Luiza Sharaxmetova qadın sahibkar kimi biznesdə əldə etdiyi nailiyyətlərə görə Beynəlxalq Qızıl İnsanlar Mükafatına layiq görülüb.

Son olaraq o, 30 oktyabr 2002-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Health Entrepreneur” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR