Azərbaycan on ayda ən çox İtaliyaya məhsul göndərib

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib, Məlumata görə, on ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixrac 17 milyard 95,2 milyon ABŞ dolları, Türkiyəyə 3 milyard 224 milyon dollar, Hindistana isə 1 milyard 585,6 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 17 milyard 354 milyon dollar, Türkiyə ilə 5 milyard 57,9 milyon dollar, Rusiya ilə 2 milyard 867,7 milyon dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR