"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək.
Metbuat.az Report-a istinadən xəbər verir ki, yenilik 2023 mövsümündən tətbiq olunacaq.
Azərbaycanla yanaşı, Avstriya, Belçika, Braziliya, ABŞ (Ostin) və Qətər də sprint yarışına ev sahibliyi edəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə olacaq.