Keçmiş məhkum şadlıq sarayından min dollar

Nizami RPİ 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR