Polşaya düşən raket NATO-da həyəcan yaratdı -

NATO ölkələri Rumıniyanın hava hücumundan müdafiə sistemini test etmək üçün təlimlər keçirib.

Metbuat.az xəbər verir ki, təlimlərə Türkiyənin döyüş təyyarələri də cəlb edilib. Məlumata görə təlimlərin keçirilməsinə səbəb ötən həftə raketin idarəetmədən çıxaraq Polşaya düşməsidir. Bildirilir ki, bu, NATO-nun hava hücumundan müdafiəsində boşluqların olduğunu ortaya qoyub. Məlumata görə, təlimlər zamanı Fransanın Rumıniyaya verdiyi SAMP/T hava hücumundan müdafiə sistemləri şərti düşmən raketlərinin qarşısını alıb.

NATO-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsinə görə, alyans, şərq regionunda müdafiə bacarıqlarını gücləndirməkdə davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR