Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Qriqoryan İranla əlaqələrin inkişaf etdiyini vurğulayaraq sentyabrda Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı İranın İrəvanı müdafiə etməsini yüksək qiymətləndirib. O, Tehranın məqsədyönlü bəyanatlarına görə minnətdarlığını bildirib.