Rəqsanə qızının atasını məhkəməyə verdi :

Müğənni Rəqsanə İsmayılova keçmiş həyat yoldaşından olan 14 yaşlı qızının atasını tanımaq istədiyini deyib.

Metbuat.az xəbər verir ki, o, bu barədə "Zaurla Günaydın" verilişində aparıcı Zaur Baxşəliyevlə söhbətində danışıb.

"Bu, onun haqqıdır, onun fikrinə hörmətlə yanaşıram. Üzümüzə gələn həftə məhkəmə vasitəsilə istəyirik ki, analizlər keçirilsin, hər şey qanun çərçivəsində olsun. DNT testi ona görədir ki, atası əvvəllər qəbul etmirdi. Sonra 2 dəfə görüşüblər. Yağmur atasını tanımalıdır və bu, məhkəmə yolu ilə təsdiqlənməlidir".

Rəqsanə həmçinin bildirib ki, özü də atasız böyüyüb:

"43 yaşım var, hələ də atamı istəyirəm. 3 yaşımadək atamı görmüşəm, ondan sonra heç vaxt görüşməmişik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR