İşdən çıxarılan direktor Anım günündə bu hərəkəti ilə qınanmışdı -

Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova işdən çıxarılıb. TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsi də faktı təsdiqləyib.

Metbuat.az xəbər verir ki, Mehriban Qaralovan sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızıdır(mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızı).

Lakin Mehriban Qaralova başqa bir qalmaqalla tanınmışdı. Belə ki, o, ötən ilin sentyabrında Vətən müharibəsi şəhidlərinin Anım günündə al qırmızı geyinməklə qınaq obyektinə çevrilmişdi. Qaralovanın təkcə paltarı deyil, ayaqqabısı, hətta maskasının da qırmızı rəngdə olması diqqətdən yayınmamışdı.

O zaman sosial şəbəkə istifadəçiləri Mehriban Qaralovanın bu hərəkətini şəhidlərə hörmətsizlik kimi qiymətləndirmiş, ondan üzr istəməyi tələb etmişdilər.

Şəhidlərin Anım Günündə al qırmızı geyinən Mehriban Qaralova kimdir? -  TƏBİB-dən REAKSİYA



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR