Azərbaycanda daha bir məktəbin direktorunun səsyazısı yayılıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkədə yayılan səsdə Ağsu rayon Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir.

Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən İsmayıl müəllimdən qalan 5 manatı da istəyir.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda yayılan səsyazısı ilə bağlı araşdırma aparılır.

Daha ətraflı videoda: