İçərişəhərin məşhur restoranlarında nöqsanlar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Metbuat.az xəbər verir ki, bu yöndə tədbirlər zamanı Agentlik ə respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 21 ticarət müəssisəsi və 24 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 30 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 27, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 13 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşkarlanıb.

Həmçinin Bakıda bir çox tanınmış restoranlar - "Bürc Qala", "Kasamasa", "Qədim Ev", "Konak Baku" siyahıda yer alıb.

AQTA-nın açıqladığı siyahı: http://afsa.gov.az/az/media/news_details/3620



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR