Sentyabr döyüşlərində şəhid olan Şair Həsənov​un qızı dünyaya gəldi

12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Şair Həsənovun qızı dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə "YAŞAT" Fondu məlumat yayıb.

Qeyd edilib ki, Qusar rayonunda doğulan şəhid övladı Yeganənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Yeganənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Bir 7 kişi, ayakta duran insanlar ve çiçek görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR