Mərakeş millisinin Kanada üzərində 2-1 qələbə qazanaraq qrup lideri kimi 1/8 finala yüksəlməsi münasibətilə Hollandiyada yürüş keçirilib.
Metbuat.az xəbər verir ki, mərakeşlilər küçələrdə pirotexniki vasitələr və səs bombaları atıb. Məlumata görə, Amsterdam bələdiyyəsi yürüşün təşkil edildiyi ərazidə fövqəladə vəziyyət elan edərək, müdaxilə üçün hər cür səlahiyyətə malik olduğunu açıqlayıb. Polislər azərkeşlərə uzaqlaşmaq barədə xəbərdarlıq edib.
Haaqa və Rotterdamda da yürüşlər keçirilib. Polislə azərkeşlər arasında gərginlik yaşanıb. 1 polis xəsarət alıb. 5 azərkeş nəzarətə götürülüb.