TRT-nin şərhçisi bu sözündən sonra efirdən qovuldu -

Dünya Çempionatı - 2022-nin dünən keçirilən Kanada-Mərakeş oyununu şərh edən TRT-in şərhçisi Alper Bakırcıgil matçın fasiləsində efirdən kənarlaşdırılıb.

Metbuat.az Haberler.com-a istinadən xəbər verir ki, iddialara görə, buna səbəb şərhçinin Mərakeş komandasının oyunun 4-cü dəqiqəsində vurduğu qol zamanı "Dünya Çempionatı tarixində ən erkən qolu Hakan Şükür vurub" faktını səsləndirməsi olub. Oyunun ikinci hissəsində isə oyuna Cüneyt Kıran aparıcılıq edib.

Məlumata görə, bu hadisədən sonra şərhçi kanaldan ayrılıb. Lakin kanal bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Hakan Şükürün adının çəkilməsinə gəlincə, Türkiyənin milli komandasının və "Qalatasaray" klubunun keçmiş oyunçusu Hakan Şükür futbolçu karyerasını başa vurandan sonra hakim Ədalət və İnkişaf Partiyasının parlamentindəki millət vəkillərindən biri olub. 2015-ci ildə "Fətullahçı" örgütlə işbirliyində adı hallanan futbolçu ABŞ-a köçüb. Türkiyənin hüquq-mühafizə orqanları 2016-cı ildə Hakan Şükür barəsində həbs qərarı çıxıb.

Qeyd edək ki, Hakan Şükür dünya çempionatları tarixində ən erkən qolun müəllifidir. 2002-ci ildə keçirilən Dünya Çempionatında Türkiyə milli komandası Cənubi Koreyanın qapısına qol vurmaqla futbol tarixinə düşüb. Qolun müəllifi isə 9-cu saniyədə millinin hücumçusu Hakan Şükür olub.

Alper Bakırcıgil kimdir? TRT Spikeri Alper Bakırcıgil kim, nereli?

Alper Bakırcıgil

Altın Ayak" eski milli futbolcu Hakan Şükür'e verildi - Eurosport

Hakan Şükür


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR