Natavan Bayramova vəzifəsindən getdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova vəzifəsindən gedib.

Metbuat.az xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında məlumat verib. Natavan Bayramova qeyd edib ki, öz istəyi ilə işindən ayrılıb.

"Bundan sonra bu vəzifədə olan həmkarıma da uğurlar arzulayıram", - deyə o qeyd edib.

Qeyd edək ki, Natavan Bayramova 2019-cu ildən "Azərbaycan Dəmir Yolları" QSC-də mətbuat katibliyinin şöbə rəisi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR