Azərbaycan, Bakı, 2 iyun /Trend/

Misirin sabiq prezidenti Məhəmməd Mursi ölkə qanunvericiliyinə əsasən edam olunmaqdan xilas olmaq üçün ölkə vətəndaşlığından imtina edərək üçüncü dövlətin vətəndaşlığını qəbul edə bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu gün Qahirə məhkəməsi M.Mursi və "Müsəlman qardaşları" hərəkatının 100-dən çox nümayəndəsi barədə hökm verəcək.

Xarici kəşfiyyata casusluq etməkdə təqsirləndirilən M.Mursini edam cəzası gözləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az