Neymar Peleye çatır -

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda Braziliya yığmasının heyətində 76-cı qolunu vuran Neymar əfsanəvi Pelenin rekorduna bir addım da yaxınlaşıb.

Metbuat.az xəbər verir ki, Neymar 1 qol da vursa, millinin heyətindəki qolların sayına görə Pele ilə rekorda şərik olacaq.

Qeyd edək ki, "Sambaçılar" 4:1 hesabı ilə qalib gəliblər.

Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR