Tanınmış sənətşünas vəfat etdi

Azərbaycan incəsənətinə ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Rasim oğlu Əfəndiyev ötən gün vəfat edib.

Qeyd edək ki, Toğrul Əfəndiyevin atası akademik Rasim Əfəndiyev də dekorativ-tətbiqi sənət sahəsində görkəmli tədqiqatçı olub.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru T.Əfəndiyev Azərbaycanın kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınmasına yönəlmiş işçi sənədinin müəllifi, onlarla öməmli mədəniyyət layihələrinin təşəbbüskarı və icraçısı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR