Dünya çempionatına damğa vuran foto -

Dünya çempionatının 1/8 finalında İspaniya-Mərakeş oyunundan sonra futbolçuların sevinci zamanı müşahidə olunan diqqətçəkən məqam sosial mediada gündəm olub.

Metbuat.az xəbər verir ki, Mərakeş millisinin üzvləri qələbə sevincini qeyd edərkən Fələstin bayrağı açıb. Məlumata görə, futbolçular ərəb tərəfdarlarının və vətəndaşlarının diqqətini Fələstinlə bağlı məsələyə çəkmək üçün belə davranış sərgiləyib. Qələbəni qeyd edən mərakeşli tərəfdar Abdullah Mənsuri bildirib ki, Fələstin Dünya Kubokunda 33-cü ölkədir. Fələstinin mübarizəsi bütün ərəb dünyasının mübarizəsidir. Qeyd edək ki, Mərakeş də daxil olmaqla bəzi ərəb və müsəlman ölkələri İsraillə münasibətləri normallaşdırmaq barədə saziş imzalasa da mundialda müxtəlif ölkələrdən olan azarkeşlər Fələstin məsələsinə dəstəyini ifadə edərək ərəb həmrəyliyini nümayiş etdiribilər.

Qeyd edək ki, əsas və əlavə vaxtı 0-0 başa çatan oyunda Mərakeş millisi penaltilərlə 3-0 qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR