İspaniya millisinin yeni baş məşqçisi bəlli oldu -

İspaniya Futbol Federasiyası İspaniya milli komandasının yeni baş məşqçisinin adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, qurumun rəsmi saytı Luis de la Fuentenin baş məşqçi postuna gətirildiyi haqqında məlumat yayıb.

61 yaşlı mütəxəssis daha əvvəl İspaniyanın yeniyetmə və gənclərdən ibarət milli komandalarında çalışıb.

Məşqçi Qətərdə keçirilən dünya çempionatı başa çatdıqdan sonra əsas komandadakı vəzifəsinə başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR