Keniyada 4 yaşlı oğlan evdən uzaqlaşaraq vəhşi heyvanların yaşadığı meşəyə gedib.
Metbuat.az xəbər verir ki, uşağın itkin düşməsindən sonra axtarış qrupları hərəkətə keçib. Bir neçə gün davam edən axtarışlar nəticə verməyib. Hamı uşağın vəhşi heyvanların yaşadığı meşədə öləcəyini güman edib. Lakin möcüzə baş verib. Uşaq 6 gün sonra özü qayıdıb. Maraqlıdır ki, uşağın səhhətində narahatlıq yoxdur.
Uşağın nəhəng ilanlar və vəhşi yırtıcılar arasında necə sağ qaldığı maraq doğurub.