Haland fürsəti boşa vermədi -

Dünya çempionatında ulduz futbolçuların bir-biri ilə yarışdığı vaxtda “Mançester Siti”nin hücumçusu Erlinq Halandın harada olması jurnalistlərin marağına səbəb olub.

Metbuat.az xəbər verir ki, jurnalistlər onu İspaniyada lentə alıb. Bildirilir ki, Halanda icazə alaraq istirahətə gedib. O İspaniyada adı məlum olmayan qızla istirahət edərkən fotoqrafların obyektinə düşüb. Qeyd edək ki, İngiltərədə əsas klubların iştirak edəcəyi oyunlar iki həftə sonra start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR