Avstriya və Rumıniya arasında diplomatik gərginlik yaşanır.

Metbuat.az xəbər verir ki, buna səbəb Avstriyanın Rumıniyanın Şengen zonasına qoşulmasının əleyhinə səs verməsi olub. Məlumata görə, Rumıniya Avstriyadakı səfiri Emil Hurezeananı məsləhətləşmələr üçün geri çağırıb.

Qeyd edək ki, Brüsseldəki iclas zamanı Xorvatiya, Rumıniya və Bolqarıstanın Şengen zonasına qəbul edilməsi barədə səsvermə keçirilib. Səsbirliyi ilə Xorvatiya Şengen zonasına qəbul olunub. Avstriya əleyhinə çıxdığına görə, Rumıniya və Bolqarıstan qəbul edilməyib.