Mərakeş millisi ilkə imza atdı -

Futbol üzrə Mərakeş milli komandası dünya çempionatı tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.

Metbuat.az xəbər verir ki, komanda bu uğura Qətərdə keçirilən mundialda imza atıb.

Mərakeş yığması dünya çempionatının dörddəbir finalında Portuqaliyanı 1:0 hesabı ilə üstələyib. Mərakeşdən əvvəl Kamerun (1990-cı), Seneqal (2002-ci) və Qana (2010-cu) dörddəbir finalda iştirak etsə də, mərhələ adlaya bilməmişdilər.

Yığmanın baş məşqçisi Valid Reqraqi də tarixə keçib. O, mundiallar tarixində dörddəbir final matçına komanda çıxaran ilk afrikalı mütəxəssis olub. Qırx yeddi yaşlı mərakeşli mütəxəssis həm də yarımfinala komanda çıxaran ilk afrikalı məşqçidir.

Xatırladaq ki, V.Reqraqi avqust ayında Vahid Halilhociçin istefasından sonra Mərakeş yığmasının baş məşqçisi təyin olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR