2022-ci ildə Azərbaycan sənət dünyasında ağır itkilər yaşadı.
Metbuat.az onları xatırladır:
"Bəxt üzüyü"nün Sedası
Azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova 62-ci yaş gününü qeyd etdikən cəmi 9 gün sonra avqustun 16-da vəfat edib. F.Rəhimbəyova ürəktutmasından Los Ancelesdə dünyasını dəyişib.

Dədə Süleyman
Əməkdar artist Dədə Süleyman 23 oktyabrda, 83 yaşı olarkən vəfat edib. Xanəndə uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkirdi.

Rəhim Rəhimli
Qəfil ölümü ilə hər kəsi təəccübləndirən Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar Rəhim Rəhimli sentyabrın 30-da 43 yaşında ürəktutmasından vəfat edib.

Ruhəngiz Qasımova
Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova oktyabrın 9-da Honqkonqda yaşayan qızı Canana Paşa Süleymaninin evində 82 yaşında dünyasını dəyişib.

Sevda İbrahimova
Məşhur tarzən, Xalq artisti Qurban Primovun nəvəsi, yazıçı Mirzə İbrahimov və pianoçu Sara Primovanın qızı Xalq artisti, bəstəkar-professor Sevda İbrahimova 17 iyulda, 83 yaşında vəfat edib.
