Nazirdən qəzaya düşən müəllimlərlə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Nəticədə Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

Metbuat.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev baş verən hadisə ilə bağlı rəsmi hesabında paylaşım edib:

"Bu gün səhər saatlarında baş vermiş bədbəxt hadisə bizi dərindən kədərləndirdi. Bakı-Quba yolunda Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimlərini daşıyan avtomobilin qəzaya düşməsi nəticəsində dünyasını dəyişmiş Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmova Allahdan rəhmət, xəsarət alan digər müəllimlərə şəfa diləyirəm", - deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR