Qurban Qurbanov "İlin məşqçisi" seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2022-cı ilin idman laureatlarının adlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov, "Qarabağ" futbol klubunun çalışdırıcısı Qurban Qurbanov ilin baş məşqçiləri elan ediliblər.

Həmçinin ilin klubu “Qarabağ”, futbolçusu Ramil Şeydayev (“Qarabağ”), gənc futbolçusu Musa Qurbanlı ("Qarabağ"), legioneri Renat Dadaşov (“Qrasshopper”), əcnəbi futbolçusu Kadi Malinovski Borges (“Qarabağ”) seçiliblər.

“Qarabağ”ın direktoru Emrah Çelikel ilin futbol adamı adına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR