Maestro Niyazinin 14 yaşından narkotikə qurşanan oğlu -

Azərbaycanın korifey bəstəkarı, şöhrətli dirijor Niyazinin oğlu Ceyhun uzun illərdən sonra tapılıb.

Metbuat.az xəbər verir ki, AzTV-yə müsahibə verən Ceyhun narkotik vasitəyə qurşandığını söyləməklə başına gələnlərdən, həbsxana həyatından danışıb.

Xatırladaq ki, Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir və evdəki əşyaların hamısını satır. Maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl drijor çubuğunu da oğurlayıb satır.

Niyazi 1984-cü ildə ürək çatışmazlığından avqustun 2-də 71 yaşında vəfat edir.

Qeyd edək ki, AZTV-nin hazırladığı süjet dekabrın 17-də yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR