Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov sosial şəbəkədə ailəsiylə yeni fotosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, şahmatçı həyat yoldaşı Anna Maksakova və qızı Nikayla kamera qarşısına keçib.

İnstaqram hesabında fotolarını paylaşan Teymur "Sevgili həyat yoldaşım və övladımız Nikayla Yeni ilə hazırlaşırıq" ifaədlərini yazıb.

Qeyd edək ki, cütlük bu ilin yanvarında evlənib və onların avqustda qızı dünyaya gəlib.

Şahmatçı 2011-ci ildə isə Elnarə Nəsirli ilə ailə qurub. Onun ilk evliliyindən Məryəm adlı qızı var.

Teymur Rəcəbovun ailəsiylə Yeni il fotosessiyası -

Teymur Rəcəbovun ailəsiylə Yeni il fotosessiyası -

Teymur Rəcəbovun ailəsiylə Yeni il fotosessiyası -