Tonlarla torpaq istirahət edən insanların üzərinə töküldü - Çox sayda ölü var /

Malaziyanın Selanqor əyalətində torpaq sürüşməsi baş verib.

Metbuat.az xəbər verir ki, torpaq düşərgədə istirahət edən insanların üzərinə tökülüb. Nəticədə 16 nəfər ölüb. 17 nəfər itkin düşüb. Yaralıların olduğu bildirilir. Bildirilir ki, itkin düşənlərin tapılması üçün əraziyə çox sayda xilasedici cəlb edilib. Məlumata görə, torpaq sürüşməsinə səbəb aramsız yağışlar olub.

Vilayətdə növbəti torpaq sürüşmələrinin ola biləcəyi barədə xəbərdarlıq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR