Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az