Qurbanov "Qəbələ" ilə məğlubiyyətdən danışdı -

Xəbər verdiyimiz kimi, "Qəbələ" turnirin son qalibi "Qarabağ"ı məğlub edərək yarımfinala yüksəlib.

Metbuat.az xəbər verir ki, oyundan sonra "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cavab oyunu barədə fikirlərini "CBC Sport" açıqlayıb: "Çox yaxşı komandaya qarşı oynayırdıq. Kubok matçları çempionat oyunlarından fərqli olur. "Qəbələ"yə uğurlar arzulayıram".

Qurbanov heyətə də toxunub: "Rəqibləri də nəzərə almaq lazımdır. Daha çox oynadıqca özlərinə güvən artır. Heyətdə zədəlilərimiz həddən artıq çoxdur. Kevin, Bədavi, Filip yox idi. "Qəbələ"yə qarşı həmişə çətin oynamışıq. Bəzən istədiyin, düşüncələrin alınmır. Bu gün bu oyunçulara üstünlük verdim", - deyə o qeyd edib.

Qeyd edək ki, ilk oyunda 2:2 hesablı heç-heçə ilə kifayətlənən "Qarabağ" səfərdəki 0:1 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR