​“Yaxın vaxtlarda Rusiya və Ukrayna arasında sülh danışıqları gözləmirik”

“Yaxın vaxtlarda Rusiya və Ukrayna arasında sülh danışıqları gözləmirik”.

Metbuat.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş belə açıqlama verib. O bildirib ki, Rusiya və Ukrayna arasında müharibənin davam edəcəyi gözlənilir. Quterreşin sözlərinə görə, tərəflər arasında ciddi sülh danışıqlarının başlaması üçün əlverişli şərait olmalıdır. Quterreş bəyan edib ki, BMT səylərini indi daha çox tərəflər arasında dnaışıqlarda deyil, tərəflər arasında bəzi problemlərin aradan qaldırılmasına yönəldib.

Quterreş səylərin əsirlərin dəyişdirilməsi, taxıl sazişi və digər humanitar məsələlərin həllinə yönəldilməsinin önəmini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR