Joze Mourinyo Portuqaliyanın təklifini rədd etdi

“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Jornal de Notícias” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.

Mütəxəssis “Roma” klubunda 2024-cü ilədək bağlanan müqavilənin sonunadək fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR