Müğənni Şəbnəm Tovuzlu İrana gedib.
Metbuat.az xəbər verir ki, o, bu barədə instaqram hesabında məlumat yayıb. Müğənni İranın paytaxtı Tehranda və Qum şəhərində ziyarətgahlara baş çəkib.
O, paylaşımına "Hər bir bəndənin arzusudur xanım Mənsuməni ziyarət etmək. Ailəmlə birgə mənə də nəsib oldu" ifadələrini yazıb.



