Sankt-Peterburqda üçtərəfli görüş olacaq? -

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək", - deyə o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR