2023-cü ildə bizi nə gözləyir? -

Məşhur türk astroloq Murad İpək bir neçə gün sonra qarşılayacağımız 2023-cü ilin astroloji proqnozunu verib. Astroloq deyir ki, bu il əksər bürclər üçün proqnozlarda pul və rahatlıq öncül siyahıdadır.

Metbuat.az 2023-cü ilin astroloji proqnozunu təqdim edir:

Qoç

2023-cü ildə Qoç bürcündə doğulanların diqqətini daha çox onlarla düşmənçilik edən şəxslər, məhkəmələr, birdən çox şəxslə həyata keçirilən fəaliyyətlər, ən əsası etibarnamə verdiyiniz kəslər, vəkiliniz, həyat yoldaşınız, uzun müddətli münasibətdə olduğunuz adamlar yayındıracaq. Bu il siz puldan daha səmərəli istifadə etməyi öyrənməyə davam edəcəksiniz, eyni zamanda ikitərəfli münasibətlərdən də dərs alacaqsınız. Sizin həyatınızda sevgi ikinci planda olacaq. Karyera və sağlamlıq imkanlarını da diqqətinizdə saxlasanız daha yaxşıdır.

Buğa

Dovşan ilində Buğaları hamıdan gizlətdiyi görünmək istəmədiyiniz məsələlər məşqul edəcək. Çalışın sağlamlığınızın qayğısına vaxtında qalasınız. Əgər keçmişdə bu məsələlərdə qətiyyətli addımlar atmısınızsa, bu il sizin üçün çox rahat olacaq. Özünüzü təkmilləşdirmək üçün fürsət ili adlandırmaq olar.

Əkizlər yüksəlir…

Bu il əkizlər bürcü üçün yenidən diriliş ilidir desək yanılmarıq. Sosial mühitdə görüləcək işlər, insanlara faydalı olmaq üçün qurulacaq dostluqlar, kariyeranız yüksəliş dövrünü yaşayacaq. Xüsusilə də eşq həyatınızda qazanacaqsınız. Sağlamlıqlarını hər zaman ikinci planda saxlayan əkizlər bürcü bu il çox xəstələnməsələr də, imkan tapdıqca həkim məsləhətindən faydalansalar onlar üçün yaxşı olacaqdır.

Xərçəng

2023-cü ildə yüksələni və bürcü olan Xərçəngləri də hərəkətli bir 365 gün gözləyir. Onlar münasibətlərində uğur qazanmaqla bərabər, karyera imkanlarını da genişləndirə bilərlər. Digər tərəfdən ev və ailə vəziyyətləriniz xüsusilə hisslərinizin qorunması, sizə çox yaxın insanlar, daşınmaz əmlakınız haqqında baş verə biləcək müsbət dəyişikliklər haqqında pozitiv məqamların şahidi olacaqsınız.

Şir

Şirlər üçün 2023-cü il yuxusundan oyandıqları, yeni həyata başladıqları bir il olacaq. Ulduzlar deyir ki, hər kəs sizin yanınızda olmaq üçün can atmaqla bərabər, peşə və karyer həyatında da uğurlar bir-birinin ardınca gələcək. Hətta akademik həyatınızda da qeyri-adi fərqli mövzularda ictimai şüurun diqqətini çəkəcəksiniz. Sevgidə bəxtiniz gətirməyə bilər amma karyera baxımından olduqca məhsuldar bir il olacaq.

Qız

2023-cü ildə baş verəcək qəfil problemlərə hazırlıqlı olsanız bir addım öndə olacaqsınız. Sizi yeni ildən daha çox maliyyə problemi, yaxınlarınız ilə bağlı məsələlər ruhunuzu qaraltmağa çalışsa da, əsla bu sizi incitməməlidir. İrəlidə sevgi qapısından işıq gözlərinizi qamaşdıra bilər.

Tərəzi.

2023-cü ildə ötən ildən qalan problemlər sizi yenə izləyəcək. Onlardan qaçmaq əvəzinə həlli yollarında ciddi güc sərf etməyiniz lazımdır. Nəticədə bunlar sizin məhsuliyyətiniz sırasında daxildir. Yaxşı olardı ki, pozitiv düşünüb vəziyyəti öz xeyrinizə dəyişəsiniz.

Əqrəb

Əqrəblər eqosundan qidalandıqları üçün onlar 2023-cü ildə özlərinə daha çox sərmayə qoyub daha yaxşı nəticələr əldə edə bilərlər. İş və karyera, sevgi, sağlamlıq baxımından müəyyən problemlər yaşansa da, əqrəblər həlli yolu tapmaqda çətinlik çəkməyəcəklər.

Oxatan

Ulduzlar oxatanları bu il sevindərəcəkdir. Onlar üçün hər kəsdən gizlətdikləri problemlərin həlli üçün çözüm ili olacaq. İş mühiti kimi mövzularda çox aktiv günlər sizi gözləyir. Sevgi həyatınız da olduqca maraqlı olacaq. Çalışın bu şansı əldən verməyəsiniz.

Dolça bürcündə olanlar üçün ən qarışıq və sevgidən uzaq bir il kimi keçdi. Bu azmış kimi onlar Saturnun qəzəbini də çəkdilər. Ancaq bu, indi sona çatacaq. 2023-cü ildə Dolça bürcündə doğulanları xüsusilə sağlamlıq sahəsində şəfa gözləyir. Bundan əlavə, onlar böyük bir rahatlıq yaşayacaqlar və sevgidə gülümsəyəcəklər.Yaxşı olardı ki, zehni imkanlarınızı da genişləndirib daha yaxşı fürsətlərə can atasınız. Yuxudan oyanıb yeni həyata başlamaq üçün uğurlu ildir.

Oğlaq

2023-cü ildə bu bürcün nümayəndələri üçün bir qədər riskli ildir. Amma qorxmağa dəyməz. Çünki siz bunu sevirsiniz. Hamiləlik planlayan oğlaqlar da sevinə bilərlər. Onlar üçün övlad sahibi olmaq baxımından möhtəşəm ildir. Karyerada və sevgidə isə işıq sizi izləyəcəkdir.

Balıq

2023-cü ildə maliyyə böhranları, ölüm, sevgili problemləri, borc kimi məsələlərdə ehtiyyatlı davranın. Yaxşı olar ki, yüz dəfə düşünüb daha sonra qərar verəsiniz.

Hazırladı: Aidə Fərzəliyeva / Metbuat.az

Bunu da oxuyun:

https://metbuat.az/news/1456886/dovsan-ilinin-en-sansli-burcleri-hansidir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR